15 iyunda Azərbaycan Milli Qurtuluş Gününü qeyd edir
13.06.2024
Azərbaycan: Səfir Muxtarov Milli Qurtuluş Gününü qeyd edir.
Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tac-dakı səfiri İlqar Muxtarov 15 iyun tarixində ölkəsinin Milli Qurtuluş Gününü qeyd etməyə hazırlaşır.
Azərbaycan müstəqilliyini 1991-ci ilin oktyabrında bərpa etmişdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının və onun bütün təsisatlarının, o cümlədən ordunun və milli təhlükəsizlik qurumlarının hərtərəfli böhranı ilə xarakterizə olunurdu. Bu vəziyyət Ermənistanın hərbi təcavüzü ilə daha da gərginləşmişdi. 1993-cü ilin yayında Azərbaycanda artıq real vətəndaş müharibəsi təhlükəsi özünü büruzə verməyə başlayırdı. Vətən üçün həyati əhəmiyyət kəsb edən belə bir məqamda Heydər Əliyev Azərbaycan xalqının istəyi ilə hakimiyyətə qayıtdı və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinə Sədr seçildi. O öz xalqının köməyinə yetdi, və məhz bu səbəbdən, o vaxtdan 15 iyun Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi və Azərbaycan xalqının xilası yolunda yorulmadan çalışdı: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” - deyə Ümummilli Lider o zaman bildirdi.
1997-ci ilin iyunundan 15 iyun Azərbaycan parlamenti tərəfindən milli bayram elan edildi.
Bu mühüm ildönüm münasibətilə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tac-dakı səfiri birdirib ki, “Milli Qurtuluş Günü Azərbaycan tarixinin əsas səhifələrindən birini təmsil edir və Ümummilli Lider Heydər Əliyevin dövlətimizin yaradılmasında əsas rol oynadığını göstərir. Onun sayəsində Azərbaycan çoxsahəli tərəqqi yolu keçib, beynəlxalq aləmdə öz rolunu gücləndirib. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin inkişafı üçün də biz Heydər Əliyevə borcluyuq. O, 1997-ci ildə Vatikana səfər etdi, Papa II İohann Pavel tərəfindən qəbul edildi və bu görüş 2002-ci ildə Papa II İohann Pavelin Azərbaycana səfər etməsini təşviq etməklə bərabər, illər ərzində və Ümummilli Liderin qoyduğu irsi davam etdirərək, daha da inkişaf edən ikitərəfli əlaqələrimizə böyük təkan verdi”.