Mətbuat şərhi 10 iyun 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya milli bayramı münasibətilə təbrik məktubu

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Marselu Rebelu de Souzaya

 

 

 

Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2025-ci il

 

https://azertag.az/xeber/portuqaliya_respublikasinin_prezidenti_zati_alileri_cenab_marselu_rebelu_de_souzaya-3601567 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti