Azərbaycanın birinci xanımı bütün dünyanın hörmətini qazanmış ziyalıdır
Məqalədə Azərbaycanda mədəniyyətin, elmin, təhsilin və səhiyyənin təbliğinə xidmət edən ən mühüm qurum olan Heydər Əliyev Fondunun getdikcə artan şöhrətinin arxasında böyük mənəvi və mədəni dərinliyə malik, yorulmaz fəaliyyəti ilə beynəlxalq miqyasda tanınan bir qadının, həmin Fondun Prezidenti və Azərbaycanın birinci xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dayandığı bildirilir. Məhz Fondun dəstəyilə Vatikanda, İtaliyada və qərb dünyasında bir çox dini və mədəni abidələrin, Müqəddəs Marçellino və Pyetro, San Sebastyan və Komodilla katakombalarının bərpasının mümkün olduğu qeyd olunur. Fəaliyyətinə görə Fondun Prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçı və İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Cəngavər Ordeni ilə təltif edildiyi əlavə edilir.