Mətbuat şərhi 01 may 2024

Elçin Əmirbəyovun Vatikana səfəri çərçivəsində “AgenSir” dini informasiya agentliyinə verdiyi müsahibə

 

Səfir Əmirbəyov (Azərbaycan), “Ümid edirəm ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

 

Son günlər Papa Fransisk tərəfindən Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün çoxsaylı müraciətlər səsləndirilib. Xüsusilə keçmiş Dağlıq Qarabağdan olan köçkünlərin "ağır" humanitar vəziyyətinə və bölgədəki monastırların və ibadət yerlərinin qorunmasına vurğu edən Cənubi Qafqazda davamlı sülhə çağırışlar. SİR bununla bağlı bu günlərdə Vatikanda səfərdə olan Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı ilk səfiri (2005-2017) səfir Elçin Əmirbəyovla danışıb.

 

Xüsusilə keçmiş Dağlıq Qarabağdan olan köçkünlərin "ağır" humanitar vəziyyətinə və bölgədəki monastırların və ibadət yerlərinin qorunmasına vurğu edən Cənubi Qafqazda davamlı sülhə çağırışlar. Onları davamlı və vaxtaşırı səsləndirən Papa Fransiskdir. SİR bu günlərdə Vatikanda səfərdə olan Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı ilk səfiri (2005-2017) səfir Elçin Əmirbəyovdan Roma Papasının sözlərinə cavab verməyini istəyib.

 

Papa danışıqların hər şeydən əvvəl humanitar böhrana son qoya biləcək “davamlı sazişə” şərait yaratmasını rica edir. Azərbaycanla Ermənistan arasında dialoq hansı mərhələdədir? Bu gün hansı addımların atılması lazımdır?

 

İlk olaraq, biz Papa Fransisk Həzrətlərinin Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə göstərdiyi diqqəti çox yüksək qiymətləndiririk. Bakı ilə İrəvan arasındakı dialoq müxtəlif formalarda və müsbət ruhda davam edir. Vurğulamaq lazımdır ki, təxminən iki il əvvəl sülh danışıqlarının və sülh müqaviləsinin layihəsinin təşəbbüskarı məhz Azərbaycan olmuşdur və o vaxtdan bəri mühüm irəliləyişlər əldə edilmişdir. Ən son müsbət irəliləyişlər ötən sentyabr ayında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü özünün Qarabağ rayonu üzərində effektiv nəzarətini bərpa edəndən sonra mümkün olmuşdur. Bu gün biz inanırıq ki, Ermənistanla birlikdə bütün yerdə qalan məqsədlərimizə siyasi vasitələrlə və nisbətən daha qısa müddət ərzində nail ola bilərik. İki həftə əvvəl Ermənistan öz qüvvələrini Qazaxın şimal-qərb bölgəsində işğal olunmuş qalan dörd Azərbaycan kəndindən çıxarmağa razılaşdı və dərhal sonra biz ölkələrimiz arasında dövlət sərhədinə çevriləcək ikitərəfli delimitasiya və demarkasiya prosesinə başladıq. Paralel olaraq, Azərbaycan otuz ildən bəri davam edən qanunsuz münaqişə və işğal nəticəsində dağıdılmış bütün ərazilərinin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı səylərini qətiyyətlə davam etdirir.

 

15 oktyabr 2023-cü il tarixli Angelus mərasimində Papa bu regionun səlahiyyətlilərinin və sakinlərinin “yerli mədəniyyətin bir hissəsi, inancın ifadəsi və fərqliliklərə baxmayaraq birlikdə yaşamağa imkan verən qardaşlığın əlaməti kimi hörmətlə davranılacağına və qoruna biləcəyinə" ümidvar olduğunu bildirmişdir. Bu nöqtədə, onların evlərinə qayıtma prosesinə necə yardım etmək olar?

 

Azərbaycanın Qarabağ bölgəsinin ərazisini tərk edib Ermənistana getmək qərarının, Azərbaycan hakimiyyətinin qalmaları üçün çoxsaylı müraciətlərinə baxmayaraq, oranı tərk edənlərin hamısının özlərinin qəbul etdikləri bir qərar olduğunu aydınlaşdırmaqla başlamaq istərdim. Bir gün davam edən antiterror əməliyyatından dərhal sonra Ermənistanın bizə qarşı başlatdığı dezinformasiya kampaniyasına baxmayaraq, Azərbaycan yerli mülki əhaliyə oranı tərk etməməyi, dinc şəkildə cəmiyyətimizə inteqrasiya etməyi tövsiyə etmişdi. Gedənlərin bir çoxu, Azərbaycanın həmin regionunda ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşamalarına qarşı çıxan yerli qanunsuz separatçıların liderləri tərəfindən əslində buna “israrla sövq edilib”. Azərbaycan hakimiyyətinin daha öncəki fürsətlərdə də dəfələrlə bəyan etdiyi kimi, erməni və ya azərbaycanlı olmasından asılı olmayaraq bütün köçkün əhalinin öz evlərinə könüllü qayıtmaq hüququna qarşılıqlı əsasda hörmət edilməlidir. Unutmayaq ki, 1980-ci illərin sonlarında münaqişənin lap əvvəlində Ermənistanda 250 mindən çox mülki azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır.

 

Elə həmin Angelus zamanı Papa həmçinin "bölgədəki monastırların və ibadət yerlərinin qorunması ilə bağlı xüsusi müraciət etmişdir". Hökumətiniz həmin torpaqlarda xristian ibadət yerlərinin qorunması üçün hansı addımları atır?

 

Azərbaycan ərazisindəki bütün ibadət yerləri, dini mənşəyindən asılı olmayaraq, cəmiyyətimizin multietnik və multikultural xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsini təşkil edir. Hökumətimiz isə hər bir dini ibadət yerini heç bir ayrı-seçkilik qoymadan qorumaq vəzifəsinə ciddi yanaşır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycanın aidiyyəti qurumları tərəfindən xarici dövlətin qanunsuz işğalı altında olan və münaqişənin təsirinə məruz qalmış ərazilərdəki bütün mədəni və dini abidələrin inventarizasiyası aparılmışdır. İki müharibədən sonra ayaqda qalan, lakin zədələnən abidələr hazırda bərpa mərhələsindədirlər, ancaq təəssüf ki, bir çox mədəni və dini abidələr işğalçı qüvvələr tərəfindən tamamilə məhv edilmişdir. Qarabağda və əvvəllər işğal olunmuş digər ərazilərdə 67 məsciddən 65-i yerlə yeksan edilmişdir.

 

Münaqişələrdən və böhranlardan güclü şəkildə təsirlənən bir dünyada bəlkə də bu böhrana diqqəti canlı tutan yeganə insan Papa Fransiskdir. Papanın “sözü” haqqında nə düşünürsünüz və hər şeydən əvvəl xristianlar bu ölkələrdə hansı “rol” oynaya bilərlər? Orada onlar üçün yer varmı?

 

Yuxarıda qeyd edildiyi kimi, biz Azərbaycanda Papa Fransiskin, eləcə də dünyanın bir çox digər yüksək səviyyəli şəxslərinin Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması məsələsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk. Azərbaycan öz mədəni və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada əsrlər boyu müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri əsrlər boyu harmoniya və dostluq şəraitində bir-biri ilə yanaşı yaşayıb. Biz qətiyyətlə inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh müqaviləsi nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə formal olaraq son qoyacaq, həmçinin ermənilərlə azərbaycanlılar arasında etimadın yaranmasına xidmət edəcək və onların birgə və ümid edirik bir gün dost kimi yaşamasına imkan verəcək.

 

https://www.agensir.it/chiesa/2024/04/30/ambasciatore-amirbayov-azerbaigian-arrivi-il-giorno-in-cui-armeni-e-azerbaigiani-possano-vivere-insieme-da-buoni-vicini/

https://www.farodiroma.it/lazerbaigian-riconosce-il-diritto-di-tutte-le-popolazioni-sfollate-al-ritorno-volontario-alle-proprie-case-assicura-lambasciatore-azero-in-vaticano/

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti