news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 noyabr 2024

Müqəddəs Taxt-Tac nümayəndə heyətinin COP 29 tədbiri ilə bağlı Bakıya səfəri

Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəlib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar

 

Tədbir çərçivəsində kardinal Parolin ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Konfransın işində Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri, o cümlədən Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete iştirak edib.

 

Dövlət katibi kardinal Pietro Parolin tədbir iştirakçılarına Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin müraciətini oxuyub. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti