news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 noyabr 2024

Müqəddəs Taxt-Tacdakı səfiri İ.Muxtarovun mətbuatda 8 noyabr Zəfər Günü ilə bağlı yazısı

"8 noyabr Azərbaycan tarixində əlamətdar bir gün kimi qeyd edilir, çünki 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn norma və prinsipləri təmin edilmiş, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının o vaxtadək icra olunmayan 4 qətnaməsini həyata keçirmək mümkün olmuşdur.

O çətin günlərdə təxminən otuz illik Ermənistan işğalı altında qalan 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşa şəhərləri azad edilmişdir. Azərbaycan mədəniyyəti və tarixinin incisi olan Şuşanın 2020-ci il noyabrın 8-də azad edilməsi isə Azərbaycanın tam azadlığı və ərazi bütövlüyünün bərpası yolunda ən mühüm məqam olmuşdur.

Ərazilərinin azad edilməsindən sonra Azərbaycan geniş ərazilərin minalardan təmizlənməsi, müharibə zamanı ciddi zərər görən mədəni və dini irsin bərpası kimi böyük çətinliklərlə üzləşmişdir. Ölkəm, qarşısında uzun, mürəkkəb və böyük xərc tələb bir proses olacağının fərqindəliyi ilə ərazilərin minalardan təmizlənməsi, həmçinin məscidlər və kilsələr də daxil olmaqla dini abidələrin bərpası üzrə iddialı layihələrə imza atmışdır. İnsan əleyhinə minalar problemi əsas humanitar çağırışlardan biri olaraq qalır, məcburi köçkünlərin öz evlərinə qayıtmasına mane olur və işğal dövründə dağıdılmış geniş ərazilərin bərpasına əngəl törədir.

Müharibədən dərhal sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr üçtərəfli Bəyanatla münasibətlərin normallaşması prosesinin əsasları qoyuldu, bununla da beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab verməklə bərabər, regionda davamlı sülh üçün şərait yaradıldı.

Həmin vaxtdan Azərbaycan regionda sabitlik və sülhü təmin etmək üçün davamlı səylər göstərib. Bu gün ərazidə vəziyyət həqiqətən ümidvericidir, yekun sülh sazişinin imzalanması yaxındır və xalqlar arasında dinc yanaşı yaşama istiqamətində addımlar atılır.

Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrinə sahib bir ölkə olaraq sülhün artıq əldə edildiyinin və bütün tərəflər üçün rifah və müvəfəqiyyət dövrünə qədəm qoyulduğunun əminliyi ilə bu tarixi gündə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsini ehtiramla yad edir" deyə, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı Səfiri İlgar Muxtarov 8 noyabr - Zəfər Günü münasibətilə bildirib.

https://www.giornalediplomatico.it/azerbaigian-amb-mukhtarov-ricorda-fatti-del-novembre-2020.htm

https://agenparl.eu/2024/11/06/dichiarazione-dellambasciatore-della-repubblica-dellazerbaigian-presso-la-santa-sede-s-e-ilgar-mukhtarov/

https://www.agenzianova.com/a/672ba8543c46a8.61388717/5645756/2024-11-06/azerbaigian-ambasciatore-presso-santa-sede-mukhtarov-8-novembre-momento-fondamentale-storia-nazionale

https://www.farodiroma.it/8-novembre-giorno-della-vittoria-per-lazerbaigian/

http://eurasiaticanews.altervista.org/dichiarazione-dellambasciatore-della-repubblica-dellazerbaigian-presso-la-santa-sede-ilgar-mukhtarov/

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti