Mətbuat şərhi 27 may 2025

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souzadan

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souzadan

 

27 may 2025

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbriklərimi, tərəqqi və firavanlıq arzularımı yetirirəm.

Bu əlamətdar gündə nəinki möhkəm dostluq münasibətlərinə, həm də bir çox regional və qlobal məsələlərdə ortaq baxışa malik olan ölkələrimiz arasında əməkdaşlığın inkişafı və dərinləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinə sadiqliyimi bir daha bildirirəm.

Getdikcə mürəkkəb və qeyri-sabit olan qlobal mühitlə, beynəlxalq nizama ardıcıl təhdidlərlə üzləşdiyimiz bir vaxtda Portuqaliya və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edildiyi kimi, sülh, demokratiya, çoxtərəflilik, dialoq və insan hüquqlarına hörmət kimi ümumi dəyərlərimizin qətiyyətlə müdafiəsi və təşviqinə verdikləri önəmi vurğulayıram.

Cənab Prezident, Sizə bir daha təbriklərimi çatdırır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Marselo Rebelo de Souza

Portuqaliya Respublikasının Prezidenti

 

https://president.az/az/articles/view/68994 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti