news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 aprel 2025

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Kardinallar Kollecinin Duayeni Kardinal Ciovanni Battista Reyə Papa Fransiskin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayı

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Kardinallar Kollecinin Duayeni Kardinal Ciovanni Battista Reyə Papa Fransiskin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Məktubda Papa Fransiskin humanitar təşəbbüslər irəli sürmək bacarığı, müharibələrə, zorakılığa, nifrətə və ayrı-seçkiliyə "yox" deyərək insanları sülhə, mərhəmətə, barışa və qardaşlığa çağırması yüksək qiymətləndirilir, onun zəifləri, yoxsulları, yaşlıları, qaçqınları və miqrantları daim düşünməsi ilə sülhsevər insanların qəlbində əbədi yer tutduğu qeyd olunur. Şeyxülislamın, həmçinin, Papa Fransiskin geridə qoyduğumuz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli və iki qonşu dövlət arasında davamlı sülhün tezliklə bərqərar olması üçün göstərdiyi səyləri vurğuladığı diqqətə çatdırılır. Şeyxülislam Paşazadənin Katolik lideri ilə 2016-cı ildə Azərbaycana həyata keçirilən apostol səfəri zamanı, ardınca Vatikanda keçirilən görüşlərdə, eləcə də Qazaxıstan və Bəhreyndə baş tutan təmaslarda Müqəddəs Roma Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı digər dini icmalar arasında dialoq və əməkdaşlığın, ümumilikdə isə xristian-müsəlman dialoqunun daha da möhkəmlənməsinə misilsiz töhfə verdiyini qeyd etdiyi və bu acı itki münasibətilə ən dərin başsağlığını ifadə etdiyi bildirilir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti