news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 sentyabr 2024

Vatikan Dövlət Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə imzalanıb.

Vatikan Dövlət Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan Dövlət Qubernatorluğunun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.

 

Anar Ələkbərovun rəsmi səfəri çərçivəsində kardinal Fernando Vergez Alzaqa və digər rəsmi şəxslərlə görüş keçirib, ölkəmiz ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr, Heydər Əliyev Fondu ilə birgə layihələr müzakirə olunub.

 

Bərpa işləri 2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədilə aparılır. Müqəddəs Yubiley İli çərçivəsində 30 milyondan çox katolik zəvvarın bu kilsəni ziyarət etməsi gözlənilir. Vatikanın ən böyük abidələrindən olan Müqəddəs Pavel Bazilikası 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti