İkitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında ikitərəfli münasibətlər

Portuqaliya Azərbaycanın müstəqilliyini 7 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci il tarixində qurulmuşdur. 

Azərbaycan Portuqaliya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. 

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı Səfirliyi eyni zamanda Portuqaliyada akkreditə olunmuşdur. Səfir İlqar Yusif oğlu Muxtarovdur. 16 Aprel 2024-cü il tarixində etimadnaməsini Portuqaliya Respublikasının Prezidenti cənab Marselo Rebelo de Sousaya təqdim etmişdir. 

4 may 2015-ci il tarixindən etibarən Portuqaliyanın Bakı şəhərində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Portuqaliya Respublikasının Ankara şəhərindəki səfiri, eyni zamanda Azərbaycan Respublikasına akkreditə olunmuşdur.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev:

2-3 dekabr 1996-cı il (işgüzar səfər)

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

20-21 noyabr 2010-cu il (işgüzar səfər) 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Portuqaliya Respublikasının xarici işlər naziri Xaime Qama:

11-12 iyul 2001-ci il (rəsmi səfər)

7 mart 2002-ci il (işgüzar səfər)

- Portuqaliya Respublikasının xarici işlər naziri Luis Amado:

15 iyul 2010-cu il (işgüzar səfər)

- Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Portaş:

27-29 iyun 2012-ci il (rəsmi səfər)

- Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun 2025-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Rangel ilə görüşü keçirilmişdir. 

Parlamentlərarası əlaqələr

Milli Məclisdə Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir, qrupun rəhbəri Samir Vəliyevdir.

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında 3 sənəd imzalanmışdır.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti